İstidən ölənlərin sayı 1200 nəfəri keçdi - FOTO
Bizi izləyin

Dünya

İstidən ölənlərin sayı 1200 nəfəri keçdi - FOTO

10 gündür davam edən anomal istilər Hindistanda 1200 nəfərin ölümünə səbəb olub.

Publika.az-ın məlumatına görə, ölənlərin əksəriyyəti Andxra-Paradeş və Telanqa ştatlarındandır. Bu ştatlarda gündüzlər havanın hərarəti 48,8 dərəcəyə qədər qalxır.

Meteoroloqların fikrincə, yaxın günlərdə temperatur 50 dərəcəyə yüksələ bilər. Temperaturun tədricən aşağı düşməsini isə yalnız iki-üç gündən sonra gözləmək olar.

Həkimlər yerli əhaliyə mümkün qədər çox maye qəbul etməyi, gündüzlər küçəyə çıxmamağı və fiziki aktivliyi məhdudlaşdırmağı məsləhət görürlər. Nyu-Deli şəhərində yerləşən xarici diplomatik missiyanın əməkdaşları, demək olar, kondisionerli otaqlardan kənara çıxmırlar. Xarici turistlərə isə bu günlərdə Hindistana səfərlərdən vaz keçmək tövsiyə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm