Dünyada hər 9 nəfərdən biri acdır – BMT ŞOK hesabat verdi
Bizi izləyin

Dünya

Dünyada hər 9 nəfərdən biri acdır – BMT ŞOK hesabat verdi

Birləşmiş Millətlər Təşkilatı (BMT) qida təhlükəsizliyi ilə bağlı ənənəvi hesabatını açıqlayıb.

Publika.az BBC-yə istinadən xəbər verir ki, bu ilki hesablamalara görə, dünyanın müxtəlif ölkələrində yaşayan 800 milyona yaxın aclıqdan əziyyət çəkən insan var.

Ümumdünya Ərzaq Təşkilatı son 25 ildə aclıqdan əziyyət çəkən insanları nəzarətdə saxlayır. Hesabata görə, aclıqdan əziyyət çəkən insanların sayı bu nəticəyə gəlməyə əsas verir ki, Yer kürəsində yaşayan əhalinin hər doqquz nəfərindən biri acdır.

2012-ci illə müqayisə aparsaq, o zaman hazırlanan hesabata görə, 870 milyon insan aclıqdan əziyyət çəkirdi və bu dünya əhalisinin hər 8 nəfərindən biri deməkdir.

Ümumdünya Ərzaq Təşkilatının məlumatına inansaq, son 25 il ərzində aclıqdan əziyyət çəkənlərin sayı 216 milyon nəfər azalıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm