Killer Moskvanın mərkəzində biznesmeni güllələdi
Bizi izləyin

Dünya

Killer Moskvanın mərkəzində biznesmeni güllələdi

Dünən Moskvanın mərkəzindəki Butlerov küçəsində növbəti sifarişli qətlə cəhd olub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı biznesmen “Toyota Land Cruiser” avtomobilindən düşərkən naməlum şəxs ona tapançadan atəş açıb. Biznesmen cəld tərpənərək güllələrdən yayınıb və binaların arasına qaçıb.

Killer atəş açaraq onu izləyib. Biznesmen binalardan birinə daxil olaraq canını qurtara bilib. Lakin çiynindən və qarnından güllə yarası alıb. Hazırda xəstəxanada olan zərərçəkmişin vəziyyəti orta ağırdır.

Killerin axtarışı davam edir.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm