5 yaşlı uşağın mədəsindən 125 qram tük çıxdı - FOTOLAR
Bizi izləyin

Dünya

5 yaşlı uşağın mədəsindən 125 qram tük çıxdı - FOTOLAR

Avstraliyalı həkimlər 5 yaşlı qızın mədəsindən 125 qram tük çıxarıblar.

Publika.az “BMJ Case Reports”a istinadən xəbər verir ki, adı qeyd olunmayan bu avstraliyalı körpə nadir xəstəlikdən əziyyət çəkir.

Heç nə yeməyən qız mədə ağrısı ilə klinikaya yerləşdirilib və məlum olub ki, onun mədəsi normadan bir neçə dəfə böyükdür. Mədənin müayinəsi zamanı orada bir topa tük aşkar edilib. Ona Rapuntsel xəstəliyi diaqnozu qoyulub ki, bu xəstəliyin əsas əlamətlərindən biri insanın öz tüklərini yeməsidir. İndiyə kimi tibdə 120 belə pasientə rast gəlinib və onların əksəriyyəti də gənc qadınlar olub.

5 yaşlı qız əməliyyat olunub və onun mədəsindən 125 qram çəkisi olan tük çıxarılıb. Bu təxminən bir böyük alma boydadır.

Hazırda xəstə müalicə üçün xəstəxanaya yerləşdirilib və vəziyyəti nisbətən normaldır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm