Dünyanın ən pis işi - FOTOLAR
Bizi izləyin

Dünya

Dünyanın ən pis işi - FOTOLAR

Günün 12 saatı vulkan kraterində işləmək və toksik tüstü udmaq dünyanın ən pis işlərindən biridir. İndoneziyanın Yava adasında kükürd yatağında işləyən insanlar həyatlarını hər gün riskə atırlar. Gün ərzində İjen vulkanın kraterindən daşlaşmış sulfatı əldə etməyə görə şaxtaçılar günə 5 dollar qazanır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, şaxtaçılar hər an püskürməyə hazır olan 2600 metr hündürlükdə vulkan dağına qalxır. Gecə saat 3:30-da yuxudan oyanan şaxtaçılar bütün günü vulkan kraterində işləyir. Onlar daşlaşmış kükürdü torpaqdan çıxararaq səbətlərə toplayır. Sonra isə kükürd şəkər emalı zavoduna satılır. Kükürd turşusu məhz bu daşlaşmış kükürdən əldə edilir. Əldə edilmiş kükürd turşusu gübrə kimi istifadə olunur. Kraterdə 200-dən artıq insan çalışır və zəhərli qazlara görə nəfəs almaq çətindir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm