Bolqarıstan keçmiş hərbi kəşfiyyatın arxivlərini açdı
Bizi izləyin

Dünya

Bolqarıstan keçmiş hərbi kəşfiyyatın arxivlərini açdı

Bolqarıstan keçmiş kommunist rejimi dövründəki hərbi kəşfiyyatın arxivlərini açıb.

Publika.az-ın məlumatna görə, müdafiə naziri Nikolai Nencev arxivin araşdırmaçılar və jurnalistlərin üzünə açıq olduğunu bəyan edib. Mayın 27-də 30 min məxfi sənəd mülki komissiyanın ixtiyarına verilib.

Nencev bununla keçmiş repressiv rejimin fəalliyyətinə aydınlıq gətiriləcəyi və kommunist hakimiyyəti ilə bağlı olan səhifənin örtüləcəyini bildirib.

O, 1944-1991-ci illər ərzində Bolqarıstanın təhlükəsizlik xidməti ilə əməkdaşlıq etmiş xaricilərin adlarının açıqlanmayacağını bildirib.

Bolqarıstan keçmiş SSSR-nin ən sadiq müttəfiqlərindən biri hesab olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm