Dünya
Müharibə dəhşətləri: “Məni diri-diri basdırdılar”
“Amnesty İnternational” rusiyapərəst üsyançılarla əldə
olunmuş atəşkəsə baxmayaraq, Ukraynada müharibə cinayətlərinin
davam etdiyinə dair dəlillərin mövcud olduğunu
bildirib.
Publika.az-ın məlumatına görə, tədqiqatçılar münaqişənin hər iki
tərəfində 30-dan çox məhbusla müsahibə aparıblar və onların bir
nəfərdən başqa hamısı işgəncəyə məruz qaldıqlarını bildiriblər.
Məhbuslar sümükləri sınanadək döyüldüklərini, onlara elektrik şokla
işgəncə verildiyini, bıçaqlandıqlarını, tavandan asıldıqlarını,
günlərlə yuxudan məhrum edildiklərini və aldadıcı edamlara məruz
qaldıqlarını bildiriblər.
“Amnesty İnternational” Debaltsevo yaxınlığında fəaliyyət göstərən
ukraynapərəst “Qərb sektoru” milisi tərəfindən əsir alınan
separatçı döyüşçüdən müsahibə alıb.
“Onlar məni Slavyanska apardılar və yerdə bir çuxurun yanına
oturtdular. Sonra başıma torba keçirib başımın üstündən atəş
açdılar. Güllə torbanın içindən keçdi. Ondan sonra məni çuxura
atdılar, pasportumu cırıb onu da yanıma -çuxura atdılar. Sonra məni
diri-diri basdırmağa başladılar. Üstümü torpaqla bütöv örtdülər.
Mən nəfəs ala bilmirdim. Sonra isə huşumu itirdim” - deyə həmin
döyüşçü bildirib.
Bu ağır sınaqdan sonra keçmiş məhbus deyib ki, Ukrayna hökumətinin
rəsmi həbsxanasına köçürülüb: “Onlar məni döyürdülər, məndən etiraf
istəyirdilər və dinc əhalinin öldürülməsi, qarət və quldurluqda
iştirak etdiyim deyilən sənədləri imzalamağımı tələb
edirdilər”.
“Amnesty İnternational”ın əməkdaşı Coan Mariner deyir ki, hər iki
tərəfdə bu cür insan haqları pozuntularına yol verənlərin müxtəlif
səbəbləri var: “Onlardan silahların gizlədildiyi yerlər,
komandirlər və kəşfiyyat xarakteri daşıyan digər məlumatlar barədə
ifadələr alınıb. “Qərb sektoru” tərəfindən saxlanılan məhbuslar isə
kredit kartlarının parollarını açıqlamaq üçün döyüldüklərini və
bank hesablarının boşaldıldıqlarını deyirlər. Digərləri isə sadəcə
qisas məqsədi ilə döyülüblər. Ukrayna rəsmilərinin məhbuslara qarşı
işgəncələri araşdırmağa könülsüz olduğu görünür. Onlar hətta
üzlərində qançır izləri ilə hakim qarşısına çıxarılırdı, amma
hakimlər istintaqa başlamırdı”.
“Amnesty İnternational” bildirir ki, rusiyapərəst separatçılar azı
8 Kiyev tərəfdarı döyüşçünü yerindəcə güllələyib. Nə separatçı
qruplar, nə də Ukrayna hökuməti bu ittihamları
cavablandırmayıb.
“Amnesty İnternational” Birləşmiş Millətlər Təşkilatını müharibə
məhbusları üçün bütün həbsxanaları yoxlamaq üçün Ukraynaya təcili
missiyanın göndərilməsinə çağırır
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO