Üç polis öldürüldü
Bizi izləyin

Dünya

Üç polis öldürüldü

Pakistan polisinin yaydığı məlumata görə, ölkənin Kəraçi şəhərində dörd naməlum şəxs motosikldən polis avtomobilini gülləyə tutub.

Nəticədə azı üç polisin həlak olduğu, bir neçəsinin yaralandığı bildirilir.

Hələlik polis maşınına hücuma görə məsuliyyəti regiondakı heç bir radikal qrup üzərinə götürməyib.

Hadisə yerində təhqiqat aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm