Vaşinqton İsrailə rüşvət verdi
Bizi izləyin

Dünya

Vaşinqton İsrailə rüşvət verdi

Vaşinqton İran ilə imzalanması gözlənilən nüvə razılaşmasına etiraz etməməsi üçün İsrailə rüşvət verir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ İsrailə edəcəyi illik hərbi yardımın miqdarını 3 milyard dollardan 4 milyarda qaldırıb.

ABD-ın edəcəyi 4 milyard dollarlıq hərbi yardıma “Dəmir Qübbə” raketdən müdafiə sistemində istifadə olunacaq raketlər və kəşfiyyat məqsədilə istifadə olunan yüksək texnologiya sistemləri kimi xüsusi hədiyyələr daxil deyil.

ABŞ Konqresi bir həftə əvvəl ağıllı aviabombalar və tank əleyhinə raketlərin İsrailə satılmasını nəzərdə tutan silah razılaşmasını təsdiqləyib. Daha əvvəl isə ABŞ İsrailə veriləcək “F-35”lərin sayını artırıb. ABŞ-ın İsrailə 50 ədəd F-35 qırıcısı verəcəyi gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm