NATO: Bu yay böyük müharibə olacaq – ŞOK ANONS
Bizi izləyin

Dünya

NATO: Bu yay böyük müharibə olacaq – ŞOK ANONS

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) və Rusiyadan beynəlxalq gərginliyi artıracaq növbəti açıqlamalar gəlib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, amerikalı kəşfiyyat mütəxəssisi Con Şindlerə danışan NATO səlahiyyətlisi bu yay müharibə ehtimalının yüksək olduğunu bildirib.

“Böyük ehtimalla bu yay müharibədə olacağıq. Əgər şansımız varsa, bu bir nüvə müharibəsi olmaz”, - NATO səlahiyyətlisi deyib. Bu sözləri kimin dediyini açıqlamayan Şindler dünya miqyasında bir qarşıdurma ehtimalının sürətlə artdığını dilə gətirib.

Rusiya baş nazirinin köməkçisi Dimitri Roqozinin ötən həftə dövlət televiziyasına verdiyi müsahibə isə beynəlxalq miqyasda qarşıdurma ehtimalının nə qədər yüksək olduğunu göstərdi. Roqozin “tanklarımızın Avropaya keçməsi üçün vizaya ehtiyacı yoxdur” deyərək ölkəsinin geri çəkilməyəcəyi mesajını verdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm