Putin qərar verdi: Rusiya nüvə müharibəsinə hazırlaşır
Bizi izləyin

Dünya

Putin qərar verdi: Rusiya nüvə müharibəsinə hazırlaşır

Rusiya səsdən sürətli “TU-160” strateji nüvə bombardmançıların sayını üç dəfə artırmaq niyyətindədir.

Publika.az “The National Interest” nəşrinə istinadən yazıb ki, bu barədə Rusiya Hərbi Hava Qüvvələrinin komandanı general-polkovnik Viktor Bondaryev bildirib.

Məlumata görə, Rusiya hərbi aviasiyanın arsenalına ən azı 50 ədəd “TU-160” (NATO təsnifatında “Blackjack”) ağır strateji bombardmançı təyyarə daxil ediləcək. “The National Interest” yazır ki, hələ ötən ay Rusiyanın müdafiə naziri Sergey Şoyqu sovet dövrünün “TU-160” strateji bombardmançısının istehsalının bərpa olunacağını bildirib. Sözügedən bombardmançılar həm adi, həm də nüvə silahı daşımaq imkanlarına malikdir.

“Tu-160” strateji bombardmançıların istehsalının bərpa olunması hərbi aviasiyanın potensialını gücləndirəcək. Məlumata görə, hazırda Rusiya Hərbi Hava Qüvvələrinin arsenalında 15 ədəd “TU-160” var.

Bondaryev bildirib ki, “TU-160” istehsalının bərpa olunması barədə qərar Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul edilib. Amerika nəşrinin yazdığına görə, “TU-160” strateji bombardmançıların istehsalına yenidən başlanılması barədə qərar PAK FA (Rusiyanın çoxyönümlü 5-ci nəsil qırıcı təyyarəsi) qırıcılarının istehsalının ləngiməsi ilə bağlıdır. PAK FA qırıcılarının 2020-ci ilə qədər Rusiya Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilməsi planlaşdırılırdı. Ancaq bu ayın əvvəlində Bondaryev bəyan edib ki, bu müddət üç-beş il gecikəcək. General-polkovnik Rusiya vətəndaşlarını inandırıb ki, “Tu-160” strateji bombardmançıların istehsalına yenidən başlanılması PAK FA qırıcıları üzrə işlərin dayandırılmasına gətirib çıxarmayacaq.

Rusiya hələlik “Tu-160” bombardmançıların istehsalının bərpa olunması tarixini açıqlamayıb.

“TU-160” Rusiya Hərbi Hava Qüvvələrinin nüvə silahı daşıyan yüksək sürətli strateji bombardmançı təyyarəsidir. Təyyarəni layihələşdirənlər iddia edir ki, bu hazırda dünyada mövcud olan ən böyük səsdən surətli ağır döyüş təyyarəsidir. Müdafiə naziri Sergey Şoyqu da “Tu-160”ə tərifləyərək onu bir neçə onilliyi qabaqlayan unikal təyyarə adlandırıb. Onun sözlərinə görə, bombardmançı indiyə qədər konstruktiv imkanlardan tam ölçüdə istifadə etməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm