“DXR” “azad” edəcəyi üç şəhərin adını açıqladı
Bizi izləyin

Dünya

“DXR” “azad” edəcəyi üç şəhərin adını açıqladı

“Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumu Slavyansk, Konstantinovka və Krasnaarmeysk şəhərləri üzərində nəzarəti ələ keçirmək niyyətindədir.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə separatçı qurumun rəhbəri Aleksandr Zaxarçenko bildirib.

“Slavyansk, Konstantinovka, Krasnoarmeysk Donetsk Xalq Respublikasının şəhərləridir. Ərazimizin diplomatik yolla azad olunması imkanlarından istifadə edəcəyik. Əgər bu mümkün olmasa, ərazilərin azad olması haqqında qərar qəbul ediləcək”, - “DXR” rəhbəri bildirib.

Slavyansk adıçəkilən şəhərlərdən ən məşhuru hesab edilir. Şəhər 12 aprel 2014-cü ildə “DXR”in təsir zonasına daxil edilib. Bütün inzibati binalar separatçılar tərəfindən tutulub. 5 iyul 2014-cü il tarixində isə şəhər Ukrayna ordusunun nəzarəti altına keçib.

Dünən isə Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərqindəki separatçıların ordu birliklərinə hücum edəcəyi halda hərbi vəziyyətin elan ediləcəyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm