İŞİD Liviyada hərbi-hava bazasını ələ keçirib
Bizi izləyin

Dünya

İŞİD Liviyada hərbi-hava bazasını ələ keçirib

İŞİD silahlıları Liviyanın Sirt şəhərindəki hərbi-hava bazasını zəbt ediblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu bazada həm də mülki hava limanı yerləşir. Hazırda Derna şəhəri və Sirtin əksər hissəsi İslam Dövləti yaraqlılarının nəzarətindədir.

Keçmiş diktator Muəmmar Qəddafinin 2011-ci ildə devrilməsi və qətlindən sonra Liviyada xaos yaranıb.

Həmçinin hazırda İraq və Suriyanın bir sıra bölgələri İslam Dövləti qrupunun nəzarətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm