Hər həftə bir nəfər milyarder olur
Bizi izləyin

Dünya

Hər həftə bir nəfər milyarder olur

Çində milyarderlərin sayı sürətlə artır.

Publika.az “Frankfurter Allgemeine Zeitung” nəşrinə istinadən xəbər verir ki, “Bank UBS” və “Pricewaterhouse Coopers” Çində hər həftə bir nəfərin milyarderlər arasına daxil olduğunu yazıb.

Dünyadakı 1300 milyarderin vəziyyətini qiymətləndirən hesabata görə, Asiyadakı milyarderlər Avropadakılarla müqayisədə sərvətlərini mirasla deyil, biznesin inkişafından əldə edir. 1995- 2014-cü illərdə məhz bu yolla milyarder olan 917 nəfərin sərvəti 3,6 trilyon dollar təşkil edir.

“Bank UBS”ə görə, asiyalı milyarderlər 5-10 il ərzində ABŞ-ı geridə qoyacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm