Vaşinqtondan Kuba ilə bağlı tarixi addım
Bizi izləyin

Dünya

Vaşinqtondan Kuba ilə bağlı tarixi addım

ABŞ Kuba ilə bağlı tarixi qərar qəbul edib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, ABŞ Kubanı terroru dəstəkləyən ölkələrin siyahısından çıxarıb.

Hazırda sözügedən siyahıda İran, Suriya və Sudan qalıb.

“Reuters” qeyd edir ki, bu addım simvolik məna daşıyır. “Çünki 1960-cı illərdə Kubaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar hələ də qüvvədədir”, - agentlik yazır.

Xatırladaq ki, ABŞ 1982-ci ildə Kubanı terrorizmin sponsorlarısiyahısına daxil edib. Vaşinqtonun iddiasına görə, Havana Latın Amerikasında üsyançı qruplaşmalara dəstək göstərirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm