Vaşinqton Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verdi
Bizi izləyin

Dünya

Vaşinqton Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verdi

G7-nin (“Böyük yeddilik”) növbəti sammitində Rusiyaya qarşı yeni sanksiyalar müzakirə ediləcək.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.

G7-nin növbəti sammiti 7-8 iyun tarixlərində Almaniyada keçiriləcək.

Bir müddət əvvəl Almaniyanın Rusiyadakı səfiri sanksiyaların ləğvi perspektivlərindən danışıb. Bundan sonra isə ABŞ-ın dövlət katibi Con Kerri bildirib ki, Ukraynanın şərqində sülhü təmin etmək üçün Rusiyaya qarşı sanksiyaları saxlamaq lazımdır.

Qərb mediasının yazdığına görə, G7 ölkələri arasında Rusiyaya qarşı tətbiq olunan sanksiyalarla bağlı fikir ayrılıqları var. ABŞ mövcud sanksiyaların müddətinin uzadılması ilə yanaşı, yenilərinin tətbiqinə tərəfdardır. Böyük Britaniya da ABŞ-ın mövqeyini dəstəkləyir. Yaponiya və Almaniya Rusiya ilə siyasi dialoq aparılmasını istəyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm