Dünya
Lavrov: “Poroşenko “müharibə partiyaları” ilə hesablaşır”
“Ukrayna prezidenti Pyotr Poroşenko Donbas hövzəsində münaqişənin nizama salınması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəyir, amma rəhbərlik etdiyi ölkədəki daxili siyasət vəziyyətə görə bunu edə bilmir”.
Publika.az “İnterfaks” xəbər agentliyinə istinadən xəbər verir ki, bu sözləri “Rossiya 24” telekanalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Ukrayna prezidenti Poroşenko danışıqlar üzrə bizim partnyorumuzdur. Onunla əlaqələrimiz davam edir. Biz onda razılaşmaları yerinə yetirmək cəhdini hiss edirik”, - Lavrov bildirib.
Rusiya xarici işlər nazirinin sözlərinə görə, prezident Poroşenko “müharibə partiyaları”nın mövcudluğunu nəzərə almağa məcbur edilib: “Bu isə onun öz öhdəliklərini yerinə yetirmək qabiliyyətinə şübhə doğurur. Rusiya, Donetsk və Luqanskın ünvanına daim davakar bəyanatlar hazırlanır, onlar “terrorçu” və ”separatçılar” adlandırılır. Belə bir yanaşma ilə Kiyev hakimiyyətinin razılıqları yerinə yetirəcəyinə şübhə ilə yanaşıram”.
Ömər Dağlı
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR