Kiyev ABŞ-dan Poroşenko üçün Nobel mükafatı istədi
Bizi izləyin

Dünya

Kiyev ABŞ-dan Poroşenko üçün Nobel mükafatı istədi

Ukrayna prezidenti Pyotr Poroşenko Nobel Sülh Mükafatı ala bilər.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Ali Radasının sədri Vladimir Qroysman ABŞ-ın Norveçdəki səfirliyinə məktub yazıb.

Ali Rada sədri Ukrayna prezidentinin mükafatsız qalmayacağına Vaşinqtondan zəmanət xahiş edib.

“2015-ci ildə Nobel Sülh Mükafatı alacağına dair möhkəm zəmanət almaq cənab Poroşenko üçün çox əhəmiyyətlidir. Bu mükafat dünyanın bütün demokratik cəmiyyətlərinin Ukraynaya yekdil dəstəyini göstərmiş olacaq”, - məktubda qeyd edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm