Putindən 300 milyardlıq qərar: 45 illik planın icrası başlandı
Bizi izləyin

Dünya

Putindən 300 milyardlıq qərar: 45 illik planın icrası başlandı

Fransanın “Mistral” helikopter daşıyan gəmiləri Rusiyaya verməkdən imtina etməsi Moskvanı konkret addımlar atmağa vadar edib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyi “Mistal” tipli gəminin analoqunun tikintisi barədə qərar verib.

Rusiya baş nazirinin müavini Dmitir Roqozin vurğulayıb ki, bu böyük su tutumu olan okean desant gəmisi olacaq. Gəmi böyük miqdarda hərbi texnika və şəxsi heyət daşıya biləcək. Gəminin tikintisinin 2026-2027-ci illərə qədər başa çatdırılması planlaşdırılır. Layihə üçün nəzərdə tutulan vəsaitin məbləği rəsmi şəkildə açıqlanmasa da, “Neva PKB” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Sergey Vlasovun qiymətləndirməsinə görə, yeni nəsil təyyarədaşıyanının tikintisi üçün 300 milyard rubl (təxminən 5,6 milyard dollar) lazım olacaq.

ABŞ artıq 2015-ci ildə “Gerald Ford” yeni nəsil təyyarədaşıyan gəminin tikintisini başa çatdıracaq. Gəmi gələn il donanmasının tərkibinə daxil ediləcək. Bu isə Rusiyanı konkret addımlar atmağa məcbur edir. Fransanın da “Mistral”ı verməkdən imtina etməsi Moskvanı məcbur edir ki, özünün təyyarədaşıyan gəmisini tiksin. Rusiyanın hərbi rəhbərliyi qeyd edir ki, hərbi dəniz donanması müasir təyyarədaşıyanlara ehtiyac duyur. Rusiyanın Hərbi Dəniz Donanmasının inkişafı Konsepsiyası hazırlanıb və onun 2050-2060-ci illərə qədər həyata keçirilməsi planlaşdırılır. Prosesə 2012-ci ildə başlanılmalı idi. Amma həmin vaxt müdafiə naziri olan Anatoli Serdyuk bunun üçün vəsaitin olmadığını deyib. Sergey Şoyqunun Müdafiə Nazirliyinin rəhbərliyinə gətirilməsi ilə yeni təyyarədaşıyanlar haqqında müzakirələr bərpa olundu.

Hazırda Rusiyanın Hərbi Dəniz Donanmasının tərkibində tək ağır “Admiral Kuznetsov” kreyseri var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm