Ukraynalı oliqarx: “Saakaşvili Odessanı ruslara verəcək”
Bizi izləyin

Dünya

Ukraynalı oliqarx: “Saakaşvili Odessanı ruslara verəcək”

Ukraynalı oliqarx, Dneprepetrovsk vilayətinin keçmiş qubernatoru İqor Kolomoyski Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Odessa vilayətinin qubernatoru vəzifəsinə təyinatı ilə bağlı yayılan informasiyanı şərh edib.

Publika.az xəbər verir ki, oliqarx “LB.ua” internet-nəşrinə müsahibəsində Saakaşvilinin müvəqqəti fiqur olduğunu bildirib.

“Düşünürəm ki, Saakaşvili müvəqqəti fiqurdur. İndi o, Odessanı ruslara verəcək və daha sonra onu almaq lazım gələcək. Saakaşvili bir müddət qubernator olacaq və onu Qonçarenko tipli biri ilə əvəz edəcəklər”, - Kolomoyski deyib.

Qeyd edək ki, Ukrayna prezident administrasiyasının rəhbərinin müavini Valeri Çalıy Mixail Saakaşvilinin Odessa vilayətinin qubernatoru postuna təyin olunma ehtimalının 99 faiz olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna Nazirlər Kabineti belə bir təyinat üçün Ukrayna prezidenti Pyotr Poroşenkoya təqdimat verib.

Dünən həmçinin məlum olub ki, Mixail Saakaşvili Ukrayna vətəndaşlığını alıb.

Odessa vilayətinin qubernator təyinatının bu gün açıqlanacağı gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm