Boko Haram yaraqlıları 13 nəfəri qətlə yetirib
Bizi izləyin

Dünya

Boko Haram yaraqlıları 13 nəfəri qətlə yetirib

Nigeriyanın yaraqlı Boko Haram qrupunun Borno ştatının Maiduquri şəhərində keçirdiyi hücum zamanı 13 nəfər qətlə yetirilib, 17 nəfərdən çox adam yaralanıb.

Publika.az-ın məlumatına görə, sakinlər gecə 40 dəfə partlayış səsi eşidildiyini və üsyançıların raketlərdən atəş açdığını deyiblər.

Şahidlərin sözlərinə görə, hücumdan sonra silahlı gənclər Boko Haram yaraqlılarının irəliləməsinə mane olmaq üçün küçələrə çıxıb.

Maiduquridə hücumdan əvvəl Boko Haram yaraqlıları qəsəbənin 270 kilometrliyində yerləşən kəndi bombalayıb. Hücum zamanı yedi adam həyatını itirib, onlarla adam yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm