Dünya
ABŞ Kubanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
Birləşmiş Ştatlar kommunist ölkə ilə 50 ildən artıqdır pozulmuş diplomatik münasibətlərin normallaşdırılması istiqamətində daha bir addım ataraq, Kubanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb.
Prezident Obama aprel ayında Kuba lideri Raul Kastro ilə görüşdən bir qədər sonra iki ölkənin Vaşinqtonda və Havanada diplomatik missiyaların açılmasına hazırlaşdığı vaxt Kubanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarmaq niyyətində olduğunu bildirmişdi.
Ağ Ev səfirliklərin açılması üçün tarixin hələ müəyyən edilmədiyini bildirib. Ağ Evin sözçüsü Coş Ernest deyib ki, “müəyyən məsələlər üzərində iş hələ davam edir.”
Kuba ABŞ-ın demokratiyaya dair proqramlarına və Amerika diplomatlarının ölkədə azad şəkildə səfər edib dissidentlərlə görüşməsinə icazə verilməsinə müqavimət göstərir.
Kubanın terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarılması ona qlobal maliyyə bazarlarına çıxış və Dünya Bankından kredit almağa imkan verir.
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı