Poroşenko Saakaşvilinin təyinatını elan etdi
Bizi izləyin

Dünya

Poroşenko Saakaşvilinin təyinatını elan etdi

Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini Odessa vilayətinin qubernatoru kimi təqdim edib.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, təqdimat mərasimi Odessa şəhərində keçirilib.

Yeni qubernatoru yerli siyasətçilərə təqdim edən Poroşenko Saakaşvilinin özünü yalnız sözdə deyil, işdə də sübut etdiyini bildirib. Ukrayna prezidentinin sözlərinə görə, keçmiş gürcü lideri öz ölkəsində ədalətli məhkəmənin qurulması, vətəndaşların hüquqlarının qorunması, xarici investorlar üçün münbit şəraitin yaradılması və korrupsiyaya qarşı mübarizə kimi addımlarla yadda qalıb.

Dünən isə Poroşenko Saakaşiliyə Ukrayna vətəndaşlığının verilməsi ilə bağlı fərman imzalayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm