Ərdoğanı asmaqla hədələyən partiya sədri saxlanıldı
Bizi izləyin

Dünya

Ərdoğanı asmaqla hədələyən partiya sədri saxlanıldı

Türkiyə Milli Partiyasının sədri və “Türksolu” qəzetinin baş redaktoru Gökçe Firat Çulhaoğlu saxlanılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, partiya sədri prezident Rəcəb Tayyib Ərdoğanı sosial mediada paylaşdığı videoda asmaq və “payaya oturtmaq”la təhdid edib.

Sosial mediada paylaşılan və başdan-ayağa təhqirlə dolu olan videomüraciət aşağıdakı kimi idi: “Nə qədər çırpınsanız da, gizlənməyə çalışsanız da Tayyib əfəndi gec-tez asılacaq. Baxın, əlimizdə Tayyib beyin sevdiyi rəng olan yaşıl rəngdə kəndir var. Amma Tayyib bəy üçün belə bir kəndir yoxdur. Xalqı referenduma çağıracağıq. Tayyib bəyi iplə asaq, yoxsa payaya oturdaq?”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm