Medvedevdən Saakaşvili açıqlaması: Bədbəxt Ukrayna
Bizi izləyin

Dünya

Medvedevdən Saakaşvili açıqlaması: Bədbəxt Ukrayna

Rusiya Baş naziri Dmitri Medvedyev Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Odessanın qubernatoru təyin olunmasına münasibət bildirib.

ANS-in məlumatına görə, bu haqda baş nazir Tvitter hesabında yazıb. "Saakaşvili — Odessanın başçısıdır. Şapito-şou davam edir. Bədbəxt Ukrayna", — deyə Tvitter-də Medvedev yazıb.

Qeyd edək ki, bu gün Ukrayna prezidenti Pyotr Poroşenko Mixail Saakaşvilinin Odessa qubernatoru təyin edilməsi barədə fərman imzalayıb. Bundan başqa, Gürcüstanın sabiq prezidenti Ukrayna vətəndaşlığını alıb. Odessada yeni qubernatoru təqdim edərkən Poroşenko Saakaşvilini Ukraynanın böyük dostu adlandırıb

Oxumağa davam et
Reklam
Reklam

Gündəm