• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Suriyada qətliam

  • Dünya
  • 31 May 2015 04:14
  • 418 Baxış
Suriyada qətliam

Suriyanın Hələb vilayətində orduya məxsus helikopterlərindən endirilən “çəllək” bombaları azı 71 nəfərin həyatına son qoyub.

Suriya İnsan Haqqları Müşahidə qrupunun məlumatına görə, onların çoxu dinc sakinlər o cümlədən uşaqlar və qadınlar olub.

Ağır yaralanlar çox olduğundan, qurbanların sayının artacağı istisna edilmir. İçi partlayıcı madəllərlə dolu çəlləklər havadan enidirilərkən daha dağıdıcı effektə malik olur. Suriya höküməti ordu hava qüvəvlərinin belə vasitələrdən istifadəsi ilə bağlı iddiaları təkzib edir.

Hələ fevral ayında BBC-yə müsahibəsində Bəşər Əsəd çəllək bombaları ilə bağlı ordusuna ünvanlanan ittihamların “uşaq nağılları” olduğunu bildirmişdi. BMT hesablamalarına görə, Suriyada Bəşər Əsədə qarşı üsyanın başladığı 2011-ci ildən bəri gedən döyüşlərdə 220 mindən çox insan həlak olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR