İstidən ölənlərin sayı iki mini keçdi
Bizi izləyin

Dünya

İstidən ölənlərin sayı iki mini keçdi

Hindistanda anomal istilərdə ölənlərin sayı 2041-ə çatıb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Ən çox olən Andxra-Pradeş və Teleqana ştatlarında olub. Məlumata görə, şənbə gününə kimi ştatlarda ümumilikdə 1979 nəfər həlak olub. Qeyd edək ki, ştatlarda rekord göstərici olan 47 dərəcə isti müşait olunub.

Daha 62 nəfər eyni səbəbdən Orissa, Madxya-Pradeş və Qudjarat ştatlarında ölüb. Qeyd edək ki, Hindistanın paytaxtı Nyu Dehlidə də ölən olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm