İtaliyalı terrorçuluqda ittiham olunur
Bizi izləyin

Dünya

İtaliyalı terrorçuluqda ittiham olunur

Keçən il Çexiya hökuməti baş nazirinin müavini Andrey Babişə zəhərli məktub göndərməkdə şübhəli bilinən italiyalı terrorçuluqda ittiham olunub.

Əslən Sloveniyadan olan 24 yaşlı İvan Tsernitsanı Sloveniya polisi keçən ilin sonunda Nova Qoritsa şəhəri yaxınlığındakı Qrqar kəndində həbs edib.

Sloveniyanın “Primorse novitse” adlı nəşri yazır ki, İ.Tsernitsa bu həftə üç maddə - terrorçuluq, narkotik vasitələrin qanunsuz istehsalı, daşınması və satışı, rəsmi sənədlərin saxtalaşdırılması maddələri üzrə ittiham olunub. Cinayətin motivləri hələlik məlum deyil. Müttəhim dekabr ayından istintaq təcridxanasında saxlanılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm