Çində möhtəşəm yenilik - FOTO
Bizi izləyin

Dünya

Çində möhtəşəm yenilik - FOTO

Çində qaya boyunca şüşədən salınmış gəzinti cığırı ictimaiyyətin istifadəsinə verilib. Daha bir yenilik bundan ibarətdir ki, şüşə cığır üstündə gəzənlərin addımlarına uyğun musiqi notlarını səsləndirir.

Publika.az-ın məlumatına görə, ikiqat şüşədən hazırlanmış cığır Şinyujay Milli Geoloji Parkında bir dağ boyunca 180 metr uzanır.

Çığırda qurulmuş təzyiq sensorları şüşə döşəmənin üstündə gəzdikcə 70 müxtəlif not səsləndirir. Beləliklə cığırı axıradək getməyə cəsarəti çatanlar avtomatik olaraq həm də musiqi “bəstələmiş” olurlar.

Şüşə cığırlar Çində çox olsa da, musiqi çalanı ilk dəfədir ki, istifadəyə verilib.

Fotolardan da görünür ki, aşağı baxanda ayaqları altında uçurumu görən bəziləri musiqinin hayında o qədər də ola bilmirlər və daha çox sürahidən yapışmaqla məşğul olurlar.

Burası da var ki, şüşə üstündə gəzintiyə çıxanlar bu cığırı düzəldənlərin vəziyyətini təsəvvür edə bilirlər.

Xəbər verilir ki, cığırın hazırlanmasında iştirak edən 21 nəfər qoruyucu torlardan istifadə etməyib.

Global Times xəbər verir ki, bu fəhlələrə günə 400 yuan (64 dollar) maaş verilirmiş.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm