Dünya
Bill Qeyts: “Milyonlarla insan məhv olacaq”
"Microsoft" korporasiyasının Direktorlar Şurasının sədri
Bill Qeyts milyonlarla insanın həyatına son qoyacaq infeksion
xəstəliklərin kütləvi epidemiyasını proqnozlaşdırır.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, Bill Qeyts "Vox"
nəşrinə müsahibədə mümkün infeksiya faciəsinin modelini
hazırlayacaq tədqiqatçılar qrupu formalaşdırdığını deyib. Bu barədə
"İctnews" xəbər yayır.
Tədqiqatçılar qərara gəliblər ki, ispan qripi kimi xəstəliklər
yayılsa, 250 günə dünyada 33 milyon insan məhv olacaq.
"Xəstəliklərin yayılması baxımından biz bəşəriyyət tarixində ən
təhlükəli mühit yaratmışıq", - B.Qeyts qeyd edib.
20 milyon nəfərin yaxın 20 ildə nə ilə məhv edilməsi ilə bağlı
sualı cavablandıran korporasiya rəhbəri bir neçə variantı nəzərdən
keçirərək vurğulayıb ki, burada fəlakətli filmlərin ssenarisi
ağlabatan deyil. Miqyaslı zəlzələ, vulkan püskürməsi və ya
asteroidin düşməsi də bəşəriyyəti məhv edə bilməz. B.Qeytsin
fikrincə, nüvə müharibəsi ehtimalı da azdır.
Dünyanın ən varlı adamı həmçinin iki dünya müharibəsində insan
itkilərini ispan qripindən ölənlərin sayı ilə müqayisə edərək ispan
qripinin XX əsrdə daha çox insanın həyatına son qoymasını sübut
edib.
"Vox" müəlliflərinin sözlərinə görə, bəşəriyyət pandemiyanın
təhlükəsi barədə bilir, onun haqqında fikirləşir və ondan
qorxur.
B.Qeytsin qənaətinə görə, hazırkı şəraitdə istənilən infeksion
xəstəliklərin pandemiyasının nəticələri 1918-1919-cu illər ispan
qripinin nəticələrindən daha faciəli olacaq. O vaxt 550 milyon
nəfər xəstəliyə yoluxub. "Bu gün xəstəlik cəmi 60 günə dünya
şəhərlərinə yayılacaq. İspan qripi ilə bağlı vəziyyət belə
olmayıb", - o əlavə edib.
Bu, sərbəst hərəkətlə əlaqədardır: bu gün dövlət sərhədlərini yüz
il əvvələ nisbətən 50 dəfə çox insan keçir. Həmçinin bəzi
xəstəliklər artıq onlar çoxlu insan həyatına son qoyandan sonra
məlum olur. Ebola virusu ilə bağlı vəziyyətdə də belə olub.
Ekspertlər əmindir ki, bu xəstəlik ABŞ-da yayılsaydı, ona dərhal
son qoyulardı. Lakin o, Afrikada olub. "Qvineya epidemiyanı qəbul
etmək istəmirdi, çünki bu, investisiyalar və turizm sahəsi üçün
"ölüm" hökmü demək idi", - B.Qeyts vurğulayıb.
Qeyd edək ki, 2014-cü ildə Qvineyada başlayan Ebola virusu sonradan
qonşu ölkələrə yayılıb.
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...