• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İran fikrini dəyişdi

  • Dünya
  • 31 May 2015 11:56
  • 664 Baxış
İran fikrini dəyişdi

İran beynəlxalq müfəttişlərin hərbi obyektləri yoxlamasına icazə verilməyəcəyini bir daha təkrar edib.

ANS PRESS-in məlumatına görə, İranın müzakirəçilərdən ibarət nümayəndə heyətinin başçısının müavini Abbas Araxçı deyib ki, BMT müfəttişlərinin İran alimlərinə suallar verməsi və hərbi obyektləri yoxlaması danışıqlara daxil deyil.

İran bunu ABŞ Dövlət katibi Con Kerri və İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif tarixi nüvə razılaşmasının əldə edilməsinə nail olmaq üçün Cenevrədə görüş keçirdiyi zaman bildirib. Lakin, İranın nüvə obyektlərinin yoxlanışı Qərbin əsas tələblərindən biridir.

Qeyd edək ki, Con Kerri və Məhəmməd Cavad Zərif arasında altı saat sürən danışıqlar yekun razılığın əldə edilməsi üçün qoyulmuş son möhlət olan iyunun 30-dan əvvəl keçirilib.Dövlət Departamentinin bir rəsmisi danışıqları bütün məsələlər üzrə əhatəli müzakirələr kimi dəyərləndirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR