• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Marqvelaşvili: “Saakaşvili öz ölkəsini təhqir etdi”

  • Dünya
  • 1 İyun 2015 01:19
  • 391 Baxış
Marqvelaşvili: “Saakaşvili öz ölkəsini təhqir etdi”

Gürcüstan prezidenti Georgi Marqvelaşvili ölkə vətəndaşlığından imtina edən sabiq prezident Mixail Saakaşvilini ittiham edib.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, Marqvelaşvili Ukraynanın Odessa vilayətinin qubernatoru təyin olunan Saakaşvilinin öz ölkəsini və prezident institutunu təhqir etdiyini bildirib.

“Saakaşvilinin hərəkətinə münasibətim mənfidir. Keçmiş prezident Gürcüstan vətəndaşlığından imtina etməməli idi. O, bununla öz ölkəsini və prezident institutunu təhqir edib. Fikrimcə, dəyərlər karyeralardan yuxarıda dayanır. Bu dəyərlərdən biri Gürcüstanın vətəndaşlığıdır. Onun bu davranışı mənim üçün anlaşılmazdır”, - Marqvelaşvili deyib.

Saakaşvilinin Ukraynada qubernator təyin olunmasına Gürcüstanın müdafiə naziri Xidaşeli Lili də münasibət bildirib: “Onun öz vətəninə sevgisi və sədaqəti çox yaxşı göründü. Əgər kimlərdəsə nəzəri şübhələr var idisə, onlar da Saakaşvilinin sədaqətini gördülər”.

Xatırladaq ki, dünən Ukrayna prezidenti Pyotr Poroşenko Saakaşvilini Odessa vilayətinin qubernatoru kimi Odessa şəhərində şəxsən təqdim edib. Saakaşvili artıq “Twitter” vasitəsilə ilk qərarlarını elan edib: məmurların sayını azaltmaq, ildə 4 milyon qrivnaya qənaət etmək, milisi yoxlamaq və şəhər infrastrukturunu qiymətləndirmək.

Gürcüstan qanunvericiliyinə görə, başqa ölkənin vətəndaşlığı alınacağı halda, həmin şəxs avtomatik olaraq Gürcüstan vətəndaşlığını itirir. Qanunvericilik ikili vətəndaşlığa malik olmağa icazə verir, amma bunun üçün prezidentə müraciət etmək lazımdır.

Qeyd edək ki, Saakaşvili 2013-cü ilin noyabrında prezident seçkilərindən sonra ölkəni tərk edib. Gürcüstan Baş prokurorluğu ona qarşı bir neçə maddə üzrə cinayət ittihamı irəli sürüb. Sabiq prezident opponentlərin ittihamlarını siyasi xarakterli hesab edir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR