ŞOK: Donbasda İŞİD üzvləri
Bizi izləyin

Dünya

ŞOK: Donbasda İŞİD üzvləri

Kəşfiyyatın məlumatına görə, Donbasda Ukrayna hərbçilərinin tərəfində xarici muzdlular və müxtəlif hərbi şirkətlərin döyüşçüləri döyüşür.

Axar.az xəbər verir ki, bunu qondarma Donetsk Xalq Respublikasının "müdafiə naziri" Eduard Basurin jurnalistlərə açıqlamasında deyib.

“Kəşfiyyat xarici muzdluların döyüşdüyü ilə bağlı məlumatları gətirməkdə davam edir. Verxnetroitsada gürcü könüllü batalyonu aşkar edilib. Qorlovka-Djerzinski istiqamətindəki “Veterok” blok-postunda isə ABŞ və Polşa hərbçilərindən ibarək bölük yerləşdirilib”, - Basurin bildirib. Onun sözlərinə görə, Dzerjinski, Dmitrov, Slavyansk, Konstantinovka və Kramatorskda polyak hərbi şirkətlərinin hissələri aşkar olunub. Separatçı rejimin naziri Ukrayna ordusunun tərkibində ərəb ölkələrindən olan könüllülərin də döyüşdüyünü iddia edib: “Şübhəsiz ki, sözügedən terrorçu birləşmələri İŞİD üzvləridir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm