İsrail Fələstin dövlətini tanımağa hazır olduğunu bəyan etdi
Bizi izləyin

Dünya

İsrail Fələstin dövlətini tanımağa hazır olduğunu bəyan etdi

İsrailin baş naziri Benyamin Netanyahu Fələstin dövlətini tanımağa hazır olduğunu bildirib və Fələstini danışıqları bərpa etməyə çağırıb.

Publika.az “İnterfaks” informasiya agentliyinə istinadən xəbər verir ki, baş nazir bu barədə Almaniya Xarici İşlər Nazirliyinin başçısı Frank Valter-Ştaynmayerlə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

“Mən bu ideyanın tərəfdarı olaraq qalıram ki, “iki xalq üçün iki dövlət” konsepsiyasının reallaşdırılması, İsraili tanıyan silahsızlaşdırılmış Fələstin dövləti uzunmüddətli sülhün qurulması üçün tək yoldur”, - Netanyahu bildirib.

İsrailin baş naziri hələ 2015-ci ilin martında bildirmişdi ki, Təl-Əviv Fələstini dövlət kimi tanımır.

Fələstin dövləti 1988-ci ildə elan edilib. Ona İordan çayının qərb sahili və Qəzza daxildir. Hazırda Fələstin dövlətini 135 ölkə tanıyıb. Fələstinin əhəmiyyətli ərazisi de-fakto İsrailin işğalı altındadır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm