• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Kiyevdə nümayişçilərin ölümündə kim maraqlı idi - Avropalı komissardan şok açıqlama (Video)

  • Dünya
  • 5 Mart 2014 18:24
  • 1 436 Baxış
Kiyevdə nümayişçilərin ölümündə  kim maraqlı idi - Avropalı komissardan şok açıqlama (Video)

Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali komisssarı Ketrin Eşton ilə Estoniya xarici işlər naziri Urmas Paet arasındakı telefon danışığının mətni internetdə yayılıb.Publika.Az –ın “russian.rt” saytına istinadən verdiyi məlumata görə, telefon söhbəti Maydan hadisələrində müxalifət liderlərinin snayperlərin istifadə ilə əlaqəsini təsdiq edir.

Urmas Paet qeyd edir ki, Kiyevdəki snayperlər Maydanın liderləri tərəfindən işə götürülüb. Estoniya xarici işlər naziri qeyd edir ki, bütün dəlillər hüquq-mühafizə orqanları əməkdaşlarının eyni snayperlər vasitəsilə öldürürüldüyünü sübut edir.

“Yeni koalisiya bu hadisələri araşdırmaq istəmir və indi daha aydın olur ki, bu snayperlərin arxasında Yanukoviç durmurdu”, - Estoniya xarici işlər naziri söyləyir. O bildirib ki, Regionlar Partiyasının nümayəndələri ilə görüşərkən Donetskdə təhlükəli proseslərin baş verə biləcəyi barədə xəbərdarlıq edilmişdi:

“Mənə deyirdilər ki, budur görəcəksiniz, əgər ölkənin şərqində insanlar həqiqətən oyanarlarsa, onlar öz hüquqlarını tələb etməyə başlayacaqlar. Donetskdə bəziləri artıq deyirlər ki, biz daha gözləyə bilmirik, Ukrayna işğalı nə zaman bitəcək. Bu rus şəhəridir, biz istəyirik ki, Rusiyaya birləşək”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR