Əsədə son zərbə: Kreml Yaxın Şərqlə bağlı strategiyasını dəyişir
Bizi izləyin

Dünya

Əsədə son zərbə: Kreml Yaxın Şərqlə bağlı strategiyasını dəyişir

Qərbin sanksiyalarla küncə sıxışdırdığı Rusiya yaxından dəstək verdiyi Dəməşq rejimi ilə bağlı strategiyasını dəyişdirmək məcburiyyətində qalıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sanksiyaların ləğv olunması üçün neftlə zəngin körfəz ölkələri ilə yaxınlaşan Moskva Bəşər Əsədin yaxın ətrafında yer aldığı hərbi təlimatçıları və diplomatik heyətini geri çağırıb.

Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsində Əsədin ən yaxın dəstəkçilərindən olan və BMT Təhlükəsizlik Şurasında anti-Dəməşq qərarlarına veto qoyan Moskvanın masasında Suriya ilə bağlı yeni bir “Yol xəritəsi” var. Ukrayna böhranından sonra qarşılaşdığı iqtisadi və maliyyə sanksiyaların ləğvinə çalışan Moskva rəhbərliyi Yaxın Şərqdəki rolunu dəyişdirməyə başlayıb. Moskvanın yeni Yaxın Şərq planında isə Suriyanın yer almadığı bildirilir. Londonda nəşr olunan Səudiyyə qəzeti “Şark el-Avsat”a danışan ərəb və qərbli səlahiyyətlilər Moskvanın Dəməşq rejimini tək buraxdığını və hərbçilərini geri çağırdığını yazıb.

Ərəb mətbuatının yazdığına görə, son vaxtlar Rusiyanın Suriya böhranının həlli məsələsində ABŞ-la yaxınlaşdığı müşahidə olunur. Qeyd olunur ki, ABŞ dövlət katibi Con Kerrinin iki həftə əvvəl Soçi səfərində Əsədin taleyi ilə bağlı böyük ölçüdə razılıq əldə edilib.

Rusiya iki gün əvvəl verdiyi rəsmi açıqlamasında 66 suriyalı və başqa millətdən digər insanların Lazikiye hava limanından Rusiyaya gətirildiyini açıqlayıb. Ancaq onların arasında rusiyalı hərbi təlimatçılar və Dəməşqdəki rus diplomatlarının olub-olmadığı barədə şərh verilməyib.

Rusiyanın yardımı azaldacağı barədə siqnal verdiyi bir vaxtda Dəməşq rejimi ardıcıl məğlubiyyətlər yaşayır. Sürətlə güc itirən Əsəd Suriya torpaqlarının təxminən 50 faizinin İŞİD-in əlinə keçməsinə maneə ola bilməyib. Digər tərəfdən ölkənin neft və qaz ehtiyatlarının 80 faizi İŞİD-in, 12 faizi isə ölkənin şimali-şərqindəki kürd qrupların nəzarətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm