Ərdoğan: “O unitazı tapa bilsə, istefa verəcəyəm”
Bizi izləyin

Dünya

Ərdoğan: “O unitazı tapa bilsə, istefa verəcəyəm”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT Haber”in canlı yayımında ölkə gündəmi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan Prezident Sarayında “qızıl örtüklü unitaz” olduğunu iddia edən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğluya da cavab verib.

“Baxın, bunu ilk dəfə TRT kanalında söyləyirəm. Əgər ana müxalifətin başında dayanan şəxs dürüstdürsə, buyursun gəlsin. Mən köməkçimə təlimat verəcəyəm, bütün Prezident Sarayını gəzsinlər. Qızıl örtüklü unitaz tapa bilsə, istefa verəcəyəm. Tapa bilməsə, Kılıcdaroğlunun özü istefa verəcəkmi?” – Türkiyə prezidenti deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm