Sabiq maliyyə naziri Putinin 2024-cü il planını açıqladı
Bizi izləyin

Dünya

Sabiq maliyyə naziri Putinin 2024-cü il planını açıqladı

Rusiyanın keçmiş maliyyə naziri, Vətəndaş Təşəbbüsləri Komitəsinin başçısı Aleksey Kudrin ölkə iqtisadiyyatında böhranın pik nöqtəsindən xəbər verib.

Publika.az xəbər verir ki, sabiq nazir “İnterfaks” informasiya agentliyinə müsahibəsində 2015-ci ilin ikinci rübündə ümumi daxili məhsulun azalmasının birinci rüblə müqayisədə daha çox olacağını bildirib.

“Sonra vəziyyət sabitləşəcək və azalma dayanacaq. Amma statistika ümumi daxili məhsulun ötən ilin analoji dövrləri ilə müqayisədə azalmanı göstərəcək”, - Kudrin deyib.

O, “ağırlaşdıran amillər” olaraq Ukraynadakı vəziyyəti və neftin qiymətini göstərib. Kudrinin sözlərinə görə, hakimiyyət banklara dəstək məsələsində çox bədxərclik edir. İqtisadiyyatda yeni struktur islahatlara olan ehtiyacdan danışan keçmiş nazir qeyd edib ki, real ciddi problemlər yaranmağa başlayan kimi hakimiyyətdə özünü qoruma instinkti işləyəcək.

Kudrin bildirib ki, ona Rusiya Mərkəzi Bankına rəhbərlik etmək barədə təklif gəlib. O, təklifi qəbul etmədiyini, həm siyasi, həm də maliyyə və iqtisadi islahatların həyata keçiriləcəyi halda prezident Vladimir Putinlə bir komandada işləməyə hazır olduğunu dilə gətirib.

Kudrinin fikrincə, Putin 2018-ci ildə prezident seçkilərinə gedəcək, amma 2024-cü ildən sonra hakimiyyətdə qalmaq üçün Konstitusiyanı dəyişdirməyəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm