• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Aviasiya şirkəti əməkdaşlarının 30 faizini ixtisar edir

  • Dünya
  • 2 İyun 2015 07:16
  • 297 Baxış
Aviasiya şirkəti əməkdaşlarının 30 faizini ixtisar edir

Malaysia Airlines aviasiya şirkəti yenidənqurma çərçivəsində əməkdaşlarının 30 faizini ixtisar etmək fikrindədir.

Aviasiya şirkəti hazırda kompaniyada çalışan 20 min işçiyə istefa məktubu göndərildiyini, 14 min nəfərə isə yeni əmək müqavilələri təklif olunduğunu bildirib. Şirkətin başçısı Kristof Müller bu statusu “texniki iflas” kimi xarakterizə edib.

Malayziyanın hazırki milli aviakompaniyası - Malaysian Airline System Berhad (MAS) bu ilin yay aylarında əməliyyatları, aktivləri və öhdəlikləri payızda kommersiya fəaliyyətinə başlayacaq Malaysia Airlines Berhad şirkətinə təhvil verməyi planlaşdırır.

2014-cü ildə MAS-ın nəzarəti iki qəza – mart ayında MH370 reysinin Hind okeanı üzərində yoxa sıxması və iyul ayında MH17 reysinin Ukrayna ərazisində qəzaya uğraması nəticəsində ziyana düşməsi səbəbi ilə Malayziyanın Khazanah Nasional Berhad dövlət fonduna keçib.

Malaysia Airlines şirkəti hazırda 150 ölkədə 850 hava limanını əhatə edən Oneworld qlobal aviasiya alyansına daxildir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR