• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Berluskoni səhvən rəqib namizədin mitinqinə qatıldı

  • Dünya
  • 2 İyun 2015 07:35
  • 274 Baxış
Berluskoni səhvən rəqib namizədin mitinqinə qatıldı

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni siyasət meydanında iddialarını davam etdirsə də, yaşlandığını artıq gizlədə bilmir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “İrəli, İtaliya” (“Forza Italia”) Partiyasının rəhbəri olan Berluskoni bələdiyyə seçkiləri kampaniyasında səhvən rəqib partiyanın namizədinin mitinqinə qatılaraq gülməli vəziyyətə düşüb.

Seqrate qəsəbəsində təşkil olunan mitinqə qatılan sabiq baş nazir rəqib partiyanın namizədi üçün səs istəyib. Berluskoni ətrafındakı insanlardan namizədin adının Paola olduğunu öyrənib və sonra “Paoloya səs verin” deyib.

Ancaq daha sonra başqa bir mitinqə gəldiyini fərq edən Berluskoni mühafizəçiləri ilə birlikdə oranı tərk edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR