Macarıstana şok: “Bu ölkənin Avropa Birliyində yeri yoxdur”
Bizi izləyin

Dünya

Macarıstana şok: “Bu ölkənin Avropa Birliyində yeri yoxdur”

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker ölkədə ölüm hökmünü bərpa etmək istəyən Macarıstanın baş naziri Viktor Orbana sərt cavab verib.

Publika.az xəbər verir ki, Avropa Komissiyasının prezidenti Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə açıqlamasında Macarıstanda ölüm hökmünün bərpasının bu ölkənin Avropa Birliyindən ayrılma səbəbi olacağını bildirib.

Jan-Klod Yunker ölüm hökmünü bərpa edən bir ölkənin Avropa Birliyində yerinin olmadığını deyib.

Avropa Birliyinə 2004-cü ildə üzv olan Macarıstanda ölüm hökmü 1990-cı ildə kommunizm sisteminin çöküşündən qısa müddət sonra ləğv edilib. Avropa Birliyinə qarşı tənqidləri ilə tez-tez gündəmə gələn Macarıstanın baş naziri aprel ayında ölkədə törədilən bir cinayətdən sonra Avropa Birliyində qadağan olunan ölüm hökmünün bərpa edilməsinin lazım olduğunu söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm