• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ərdoğan MHP liderini söydü: “Sübut edə bilməsən...”

  • Dünya
  • 2 İyun 2015 08:14
  • 639 Baxış
Ərdoğan MHP liderini söydü: “Sübut edə bilməsən...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasının (AKP) Ərzurumda keçirdiyi seçki mitinqində etdiyi çıxışı müxalifət partiyasının liderinə yönəlik təhqirlərlə yadda qalıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezidentin hədəfində Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı olub.

“Bölücü təşkilatı dəstəkləyən partiyanı müdafiə etmək üçün atmadıqları addım qalmayıb. Milliyyətçi olduğunu söyləyən partiyanın lideri deyir ki, HDP seçki baryerini keçə bilməsə, ölkədə xaos olacaq. İndi də deyir ki, prezident İmralı ilə görüşüb. Sən mənim siyasi heyətimdə təmsil olunan bir nəfərin belə bu cür addım atdığını sübut et. Sübut edə bilməsən, alçaqsan, namərdsən”, - Ərdoğan MHP liderinin ünvanına deyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR