Moskva şokda: ABŞ və Çin razılaşdı
Bizi izləyin

Dünya

Moskva şokda: ABŞ və Çin razılaşdı

ABŞ və Çin Şimali Koreyaya təzyiqin göstərilməsi üçün razılığa gəlib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Kim Sung bildirib.

O, Pekində təşkil etdiyi mətbuat konfransında qeyd edib ki, Çin Şimali Koreyaya birgə təzyiqin göstərilməsinin bu ölkənin nüvə proqramından imtina etməsi üçün əhəmiyyətli amil olduğunu qəbul edir. Rəsmi Pekindən isə sözügedən razılaşma ilə bağlı şərh verilməyib.

Rusiya isə ABŞ tərəfinin açıqlamasına sərt reaksiya göstərib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Qriqori Loqvinov razılaşmanın icrasına heç bir halda icazə verməyəcəklərini deyib. O, qeyd edib ki, Rusiyanın iştirakı olmadan ABŞ və Çinin Şimali Koreya ilə bağlı razılaşdığı istənilən anlaşmanın reallaşdırılması mümkün deyil.

Moskva hesab edir ki, Şimali Koreya heç bir təzyiq altında nüvə proqramından geri addım atmayacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm