Putin 7 yaşlı qıza it balası hədiyyə etdi - FOTO
Bizi izləyin

Dünya

Putin 7 yaşlı qıza it balası hədiyyə etdi - FOTO

Rusiya prezidenti Vladimir Putin Labrador cinsindən olan itin balasını Tula vilayətinin 7 yaşlı sakini Evelina Savuşkinaya hədiyyə edib.

Publika.az “İnterfaks” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə vilayət hökumətinin mətbuat xidmətindən bildirilib.

Küçüyü azyaşlı uşağa vilayətin qubernatoru Vladimir Qruzdev verib. O, ümidvar olduğunu ifadə edib ki, Labrador onun üçün əsl dost olacaq. Qeyd edilir ki, itin balası pasport, həmçinin saxlanılması üçün lazım olan bütün vasitələrlə birlikdə çatdırılıb.

Mətbuat xidmətindən bildirilib ki, Savuşkina Labradorun küçüyünü hədiyyə almaq xahişi ilə dövlət başçısına məktub yazıb.

Putin daha əvvəl Labradorun küçüklərini Şimali Osetiya sakini 10 yaşlı Axurbeku Saqarayev, Omsk vilayətinin 4 yaşlı sakini Maşa Kozlov və Tumen vilayətinin 13 yaşlısakini Katya Şevelevaya hədiyyə edib.

Qeyd edək ki, Labrador cinsindən olan it Vladimir Putinə 2000-ci ildə hazırkı müdafiə naziri Sergey Şoyqu tərəfindən hədiyyə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm