Türkiyə ŞOKDA: İŞİD sərhəd qapısına doğru hərəkət edir
Bizi izləyin

Dünya

Türkiyə ŞOKDA: İŞİD sərhəd qapısına doğru hərəkət edir

İŞİD terror təşkilatı Suriya və Türkiyə arasında yerləşən Öncüpınar sərhəd qapısını ələ keçirmək üzrədir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, terror təşkilatı Türkiyənin cənubundakı Kilis şəhəri isə Suriyanın şimalındakı Hələb şəhəri arasında yerləşən sərhəd qapısının yaxınlığındakı bəzi bölgələri ələ keçirib.

İŞİD silahlılarının hazırda Türkiyə sərhədinə doğru hərəkət etdiyi bildirilir. Son xəbərlərə görə, terror təşkilatı Suriya prezidenti Bəşər Əsədi devirmək üçün vuruşan Şamiye Cəbhəsi ilə döyüşlərdən sonra Soran Azaz qəsəbəsi və yaxınlıqda yerləşən digər iki qəsəbəni ələ keçirib.

Şamiye Cəbhəsinin komandirlərindən olan Əbu Bəkr bildirib ki, Türkiyə ilə Hələb arasındakı əsas yolun üzərində yerləşən qəsəbənin İŞİD-in əlinə keçməsi müxalifət üçün böyük zərbədir.

Suriya İnsan Haqları Təşkilatı İŞİD-in bir sonrakı hədəfinin Azaz şəhəri ola biləcəyinə diqqət çəkir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm