Rusiya insansız müharibələrə hazırlaşır – RƏSMİ
Bizi izləyin

Dünya

Rusiya insansız müharibələrə hazırlaşır – RƏSMİ

Rusiya ötən ay Qızıl Meydanda keçirdiyi paradda nümayiş etdirməklə dünyaya səs saldığı yeni nəsil T14 “Armata” tanklarını “robotlaşdırmaq” niyyətindədir.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirin müavini Dmitri Roqozin bildirib.

O, “Armata” tanklarının robotlaşdırılaraq uzaqdan idarə olunan texnikaya çevriləcəyini söyləyib. Roqozinin“Twitter” hesabından yazdığına görə, “Armata” tankları lap əvvəldən robotlaşdırmaq üçün hazırlanıb.

“Armata” tanklarının istehsalçısı “Uralvaqonzavod”un baş direktorunun köməkçisi Vyaçeslav Halitov da ötən günlərdə “Kommersant” nəşrinə açıqlamasında tankların uzaqdan idarə olunan robotlara çevriləbiləcək şəkildə hazırlandığını söyləmişdi. “Gələcək müharibələr bəlkə də insansız olacaq. Buna görə də“Armata”lar robotlaşdırılacaq şəkildə hazırlanmışdır”, - Halitov deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm