Çində gəmi batdı: 448 nəfərdən xəbər yoxdur – VİDEO
Bizi izləyin

Dünya

Çində gəmi batdı: 448 nəfərdən xəbər yoxdur – VİDEO

Çində 458 nəfəri daşıyan gəmi batıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Çinin şərqində Yantsı çayında batan “Şərq ulduzu” çay gəmisindən yalnız 10 nəfər xilas edilib.

Digər 448 nəfərin axtarışları davam edir. Məlumata görə, qəzanın səbəbi güclü fırtına olub.

Gəminin göyərtəsindəkilərin 406-nın sərnişin, 5-nin turist agenti, 47-nin isə heyət üzvü olduğu açıqlanıb. Əraziyə mindən çox xilasedici cəlb edilib. Amma şiddətli külək və yağış xilasetmə işlərini çətinləşdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm