Dünya şokda: İŞİD “dəniz dövləti”nə çevrilir
Bizi izləyin

Dünya

Dünya şokda: İŞİD “dəniz dövləti”nə çevrilir

Son günlərdə Suriyada kürd və türkmən bölgələrinə hücumlarını gücləndirən İŞİD terror təşkilatı Qərbə doğru irəliləməyə başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, terror təşkilatı Aralıq dənizinə çıxış əldə etmək üçün Türkiyəyə yaxın bəzi bölgələri də ələ keçirib.

İŞİD silahlılarının Suriyanın şimalında irəlilədiyi və Öncüpınar sərhəd qapısına yaxınlaşdığı bildirilir. İŞİD-in son qələbələri ilə Hələbə uzanan “can damarı” kəsəcəyi, eyni zamanda Türkiyəyə yeni bir köç dalğasının başlaya biləcəyi deyilir. Terror təşkilatından qaçan təxminən 500 suriyalı Şanlıurfa vilayətinin sərhədinə gəlib. Türkiyəyə sığınmaq istəyən qrup sərhəd xəttində gözləyir. Türkiyənin təhlükəsizlik gücləri onların sərhədi keçməsinə icazə verməyib.

Bomba yüklü avtomobillərlə kürd bölgəsindəki Sovaran qəsəbəsini ələ keçirən İŞİD qəsəbədən şimalda yerləşən kürd şəhəri Afrinə doğru hərəkət edir. Terror təşkilatı Suriya müxalifətinin nəzarətində olan və türkmənlərin sıx yaşadığı Hələb ətrafındakı bəzi əraziləri ələ keçirib. Qərbə - Aralıq dənizinə doğru irəliləyişini hər gün davam etdirən təşkilatın məqsədinə çatması üçün yalnız 150 kilometr qalıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm