ABŞ-ın “təlim-təchiz” proqramı deşifrə oldu: “Əsədə toxunmayın!”
Bizi izləyin

Dünya

ABŞ-ın “təlim-təchiz” proqramı deşifrə oldu: “Əsədə toxunmayın!”

Suriya müxalifətinin hərbi hazırlığı üzrə proqram tam başlamadan problemlər ortaya çıxıb.

Publika.az ABŞ-ın “Daily Beast” nəşrinə istinadən xəbər verir ki, Vaşinqton təlimə qatılacaq müxalifət döyüşçülərindən Suriya rejiminə qarşı döyüşməyəcəklərinə dair yazılı zəmanət istəyib.

Suriya Ali İnqilab Şurasının qurucularından olan Mustafa Secari bu barədə “Daily Beast” nəşrinin əməkdaşına danışıb. ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) təsdiqindən keçən Secari özü ilə birlikdə Hələbdə döyüşən 1000 nəfərin “təlim-təchiz” proqramında iştirakdan imtina etdiyini deyib.

“Əldə etdiyimiz hərbi təlim və silahların Bəşər Əsəd rejiminə, eyni zamanda, onu dəstəkləyən “Hizbullah” təşkilatına qarşı istifadə etməyəcəyimizə dair sənədin imzalanmasını istəyirlər. Vaşinqton yalnız İŞİD-ə qarşı döyüşməyimizi istəyr. ABŞ Xarici İşlər Nazirliyindən olan bir vəzifəli bizə bildirib ki, proqram üçün xərclənəcək pulu Konqresdən yalnız İŞİD-ə qarşı döyüş üçün alıblar. Bu açıqlama mənə inandırıcı gəlmədi. Buna görə də proqramda iştirakdan imtina etdik. İnqilaba xəyanət edə bilmərik”, - Secari bildirib.

Qeyd edək ki, “təlim-təchiz” proqramının Türkiyə və İordaniya ərazisində həyata keçirilməsi nəzərdə tutulur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm