“Qızıl unitaz” mübahisəsini məhkəmə həll edəcək
Bizi izləyin

Dünya

“Qızıl unitaz” mübahisəsini məhkəmə həll edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu arasındakı “qızıl örtüklü unitaz” mübahisəsini məhkəmə həll edəcək.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Ali Özkaya bildirib.

Onun sözlərinə görə, Ərdoğan CHP liderinin böhtan atdığını bildirərək ona qarşı mənəvi təzminat iddiası qaldırıb.

Xəbər verildiyi kimi, CHP lideri Prezident Sarayındakı unitazların qızıl örtüklü olduğunu iddia edib. Mayın 31-də “TRT Haber”in canlı yayımında jurnalistlərin suallarını cavablandıran Ərdoğan Kılıcdaroğlunu Prezident Sarayına dəvət edib və bildirib ki, qızıl örtüklü unitaz tapa bilsə, istefa verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm